Xəzər Xəbər

“Avro-2020”: Türkiyə səfərdə Fransa ilə heç-heçə edib

İdman | 09:08 • 15 Oktyabr 2019
“Avro-2020”: Türkiyə səfərdə Fransa ilə heç-heçə edib

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində 8-ci turun növbəti oyunları keçirilib.


Xezerxeber.az xəbər verir ki, turun üçüncü gününün mərkəzi qarşılaşması "Stad de France” stadionunda oynanılıb. Türkiyə millisi səfərdə son dünya çempionu Fransa yığması ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.


Oyunda hesabı meydan sahibləri 76-ci dəqiqədə açıblar. Antuan Qrizmanın künc ötürməsindən sonra Olivye Jiru dəqiq baş zərbəsi ilə tamamlayıb - 1:0. Qoldan 6 dəqiqə sonra türkiyəlilər hesaba tarazlıq gətirib. Cərimə zərbəsini yerinə yetirən Hakan Çalxanoğlu Kaan Ayxana dəqiq ötürmə verib. Sonuncu dəqiq zərbə ilə adını tabloya yazdırıb. Bu nəticədən sonra Türkiyə millisi xalların sayını 19-a çatdıraraq H qrupunda liderliyi davam etdirir. Eyni xala malik Fransa millisi ikinci yerdədir. UEFA-nın reqlamentinə görə, komandalar eyni xala malik olduğu təqdirdə aralarında oyunun nəticəsinə əsasən üstün sayılır.


Xatırladaq ki, Türkiyə millisi öz meydanında Fransa yığmasını 2:0 hesabı ilə məğlub etmişdi.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar