Xəzər Xəbər

Çempionlar Liqasının finalı İstanbuldan alınır? AÇIQLAMA

İdman | 16:05 • 14 Oktyabr 2019
Çempionlar Liqasının finalı İstanbuldan alınır?

UEFA-nın Çempionlar Liqasının finalına ev sahibliyi hüququnun Türkiyənin İstanbul şəhərindən geri alacağı ilə bağlı xəbərlər yayılıb.


Buna səbəb kimi Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında "Barış pınarı” adlı antiterror əməliyyatına başlaması göstərilir.


Lakin UEFA-nın vitse-prezidenti Mikel Uva "Radio-1"ə xəbəri təkzib edib: "Finala ev sahibliyi hüququnu geri almaq ciddi addımdır. Düşünürəm ki, hazırda belə bir müzakirəyə başlamaq üçün hansısa şərtlər yoxdur. Əlbəttə, UEFA İcraiyyə Komitəsi vəziyyəti qiymətləndirəcək. Amma sanksiyalar barədə danışmaq tezdir".


Qeyd edək ki, cari mövsümündə Çempionlar Liqasının finalı 2020-ci il mayın 30-da İstanbuldakı "Atatürk" Olimpiya Stadionunda olacaq.


Fanat.Az

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti