Xəzər Xəbər

“Bavariya” İngiltərənin tarixinə düşüb

İdman | 10:18 • 2 Oktyabr 2019
“Bavariya” İngiltərənin tarixinə düşüb

İngiltərənin "Tottenhem” klubu antirekorda imza atıb.


London təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsinin II turunun "Bavariya” ilə ev matçındakı 2:7 hesablı məğlubiyyət tarixə düşüb.


Bu, İngiltərə klublarının avrokuboklar tarixində ən böyükhesablı ev məğlubiyyətini olub. İndiyədək heç bir komanda İngiltərədə meydan sahiblərini 5 və ya daha çox top fərqi ilə məğlub edə bilməmişdi.


"Tottenhem” isə ümumiyyətlə tarixində ilk dəfə öz meydanında 7 top buraxıb. Londonlular ümumiyyətlə bu qədər qola sonuncu dəfə 1996-cı ildə "Nyukasl”la səfər matçında üzülüb.


İngiltərə klubunun baş məşqçisi Maurisio Poçettino karyerasının ən ağır məğlubiyyətini təkrarlayıb. O, 2012-ci ildə "Espanyol”u çalışdırarkən "Real”a 0:5 hesabı ilə uduzub.


"Bavariya” isə özünün avrokuboklarda ikinci ən böyük səfər qələbəsini bayram edib. Münhen təmsilçisi 2014-cü ildə İtaliyada "Roma”nı 7:1 hesabı ilə üstələyib.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti