Xəzər Xəbər

Azərbaycan yığması FIFA reytinqində bir pillə yüksəlib

İdman | 15:41 • 25 İyul 2019
Azərbaycan yığması FIFA reytinqində bir pillə yüksəlib

Azərbaycan yığması Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) reytinqində 109-cu yerə çıxaraq vəziyyətini bir pillə yaxşılaşdırıb. FIFA reytinqinin yenilənmiş versiyası iyulun 25-də qurumun saytında yerləşdirilib.


Azərbaycan yığması iyul ayında rəsmi və yoldaşlıq görüşləri keçirməyib.


"Avro-2020” turnirinə seçim mərhələsində Azərbaycan yığmasının rəqib komandaları aşağıdakı yerləri tutublar: Xorvatiya (7), Uels (24), Slovakiya (31) və Macarıstan (45) .


Reytinqə əvvəlki kimi Belçika yığması başçılıq edir. "Kopa Amerika” turnirində qazandığı qələbə sayəsində Braziliya ikinci yeri tutub.


Fransa, İngiltərə, Uruqvay, Portuqaliya, Kolumbiya, İspaniya və Argentina yığmaları da ilk onluqda yer alıblar.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti