Xəzər Xəbər

"Barselona" "kabus"unu transfer etmək istəyir

İdman | 15:08 • 24 May 2019
"Barselona" "kabus"unu transfer etmək istəyir

"Barselona" uruqvaylı hücumçusu Luis Suaresə alternativ axtarır.


XəzərXəbər sportal.az-a istinadən xəbər verir ki, katalonlar transfer siyahısına "Liverpul"un forvardı Divok Oricini yazıb.


Xəbərdə "Barselona"nın "Tottenhem"in hücumçusu Fernando Lyorente ilə də maraqlandığı vurğulanıb.


Divok Orici Çempionlar Liqasının yarımfinal mərhələsinin "Enfild"də keçirilən cavab görüşündə "Barselona"ya iki qol vurmuşdu.


24 yaşlı belçikalı hücumçunun "qırmızılar"la 2020-ci ilə qədər müqaviləsi var. O, bu mövsüm 21 oyuna 7 qol vurub, 2 assist edib.


Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti