Xəzər Xəbər

“Barselona” fantastik qiymətə qapıçı transfer edir

İdman | 12:06 • 11 May 2019
“Barselona” fantastik qiymətə qapıçı transfer edir

İspaniyanın "Barselona” klubu yeni qapıçı transfer etməyi qərara alıb.


Kataloniyalılar "Betis”in futbolçusu Pau Lopesi heyətinə qatacaq.


Yeni qolkiper Yasper Silesseni əvəz etməli və ikinci qapıçı olmalıdır. "Barselona” sevilyalılara P.Lopes üçün 35 milyon avro ödəyəcək.


Keçid barədə razılıq əldə edildiyi bildirilsə də, transfer İspaniya kubokunun mayın 25-də keçiriləcək final oyunundan sonra rəsmən təqdim olunacaq.


Qeyd edək ki, "Barselona”dan ayrılacağı dəqiqləşən Y.Silessen Portuqaliyanın "Benfika” klubuna keçməyə yaxındır. (ONA)

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti