Xəzər Xəbər

Valverde istefaya göndərilir: "Klub daxilində söhbət olacaq"

İdman | 17:53 • 8 May 2019
Valverde istefaya göndərilir:

"Barselona"nın prezidenti Xosep Mariya Bartomeu Çempionlar Liqasının yarımfinalında "Liverpul"a 0:4 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib.

XəzərXəbər xəbər verir ki, patron öncə məğlubiyyəti şərh edib: "Yenə eyni şey yaşandı. Ötən mövsüm Romada yaşadığımız başımıza gəldi. Azarkeşlər üçün nə qədər pis olduğunu yaxşı anlayıram. Mübarizəni başa vurduq. Dördüncü qol böyük şok oldu. Bərbad gecə yaşadıq".

Bartomeu Valverdenin gələcəyinin təhlükə altında olduğuna siqnal verib: "Özümüzə gəlməliyik. Kral kubokunun finalında oynayacağıq. Bu nəticənin hesabı çətin olacaq. Klub daxilində söhbət olacaq. Buna reaksiya verməyin vaxtı gələcək. Hazırda son oyunları gözləməliyik".

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti