Xəzər Xəbər

"Arsenal"dan türk və erməni futbolçu ilə bağlı şok qərar

İdman | 17:13 • 8 May 2019
"Arsenal"dan türk və erməni futbolçu ilə bağlı şok qərar

"Arsenal" heyətində böyük dəyişiklərə hazırlaşır.


Böyük maaş yükündən qurtulmaq istəyən London klubunun Stepan Lixtşteyner, Karl Cenkinson və Məhaməd Elnenidən sonra Məsut Özil və Henrix Mxıtaryanla yollarını ayırmaq qərarına gəlib. Özil həftədə 350, Mxıtaryan 180 min funt-sterlinq maaş alıb. "Arsenal" hər iki futbolçu üçün gələcək təklifləri dəyərləndirəcək.


Qeyd edək ki, 2013-cü ildə "Real"dan 47 milyon avroya transfer olunan Özil cari mövsümdə oynadığı 33 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib. 2018-ci ilin yanvarında "Mançester Yunayted"dən 34 milyon avroya alınan Mxıtaryan isə 37 oyunda 6 dəfə fərqlənib və 6 qol ötürməsi verib.


Onu da qeyd edək ki, Aaron Remzi, Petr Çex və Danni Uelbekin "Arsenal"ı tərk edəcəyi dəqiqləşib.


Fanat.Az


Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti