Xəzər Xəbər

"Avro 2020" seçmə mərhələsinin ikinci turunun növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

İdman | 09:02 • 27 Mart 2019
"Avro 2020" seçmə mərhələsinin ikinci turunun növbəti oyunları keçirilib -

Martın 26-da "Avro 2020" seçmə mərhələsinin ikinci turunun növbəti oyunları keçirilib.


Xezerxeber.az xəbər verir ki, dördqat dünya çempionu İtaliya millisi autsayder Lixtenşteyn seçməsini qəbul edib.


Görüş italyanların böyük hesablı qələbəsi ilə başa çatıb - 6:0.


"Skuadra Adzurra"ın heyətində Stefano Sensi (17), Marko Veratti (32), Quagliarella (35, 45 - hər ikisi penalti), Moise Kin (70) və Leonardo Pavoletti (76) fərqləniblər.


Bu qələbə sayəsində İtaliya millisi xalların sayını 6-ya çatdıraraq turnir cədvəlində birinci, Lixtenşteyn seçməsi isə sıfır xalla sonuncu - 6-ci yerdə qərarlaşıb.


Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:


"D" Qrupu


İrlandiya - Gürcüstan - 1:0;


İsveçrə - Danimarka - 3:3.


"F" Qrupu


Rumıniya - Farer adaları - 4:1;


Norveç - İsveç - 3:3;


Malta - İspaniya - 0:2.


"J" Qrupu


Ermənistan - Finlandiya - 0:2;


Bosniya və Herseqovina - Yunanıstan - 2:2;


İtaliya - Lixtenşteyn - 6:0.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti