Xəzər Xəbər

Azərbaycan millisinin hazırlıq planı açıqlanıb

İdman | 11:09 • 8 Mart 2019
Azərbaycan millisinin hazırlıq planı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandasının hazırlıq planı açıqlanıb. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqreb şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq yığmamız martın 16-dan etibarən təlim-məşq toplanışına başlayacaq.

Hazırlıq prosesi Bakıda təşkil olunacaq. Komanda martın 19-dək Mərdəkan qəsəbəsində, "Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində qalacaq.

Həmin gün nahardan sonra Zaqrebə yollanacaq millimiz Xorvatiya yığması ilə oyundan dərhal sonra Bakıya qayıdacaq və martın 25-də "Bakcell Arena”da Litva yığması ilə keçirəcəyi oyunun hazırlığına başlanacaq.

Millinin qeyd olunan toplanışlar və oyunlar üçün heyəti gələn həftə açıqlanacaq.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti