Xəzər Xəbər

Zidan İngiltərəyə getmək üçün ilk şərtlərini açıqladı: 220 milyon və Eden Azar...

İdman | 10:28 • 18 Fevral 2019
Zidan İngiltərəyə getmək üçün ilk şərtlərini açıqladı:

"Zadəganlar” Premyer liqanın turnir cədvəlində altıncı pillədə qərarlaşıb.

Madridin "Real” klubunun keçmiş çalışdırıcısı Zinəddin Zidan məşqçi fəaliyyətini İngiltərə çempionatında davam etdirə bilər. Həftəsonu Britaniya mətbuatında onun "Çelsi”yə keçidi ilə bağlı danışıqların getdiyi haqqında xəbər yayılmışdı.

"The Sun” nəşrinin məlumatına əsasən, Zinəddin Zidan "Çelsi” ilə müqavilə bağlaması üçün London klubundan iki şərtin yerinə yetirilməsini istəyib.

Zidan klubun heyətinin gücləndirilməsi üçün rəhbərliyin transfer və ya icarələrə 200 milyon funt sterlinq (təxminən 440 milyon manat – red.) ayırmasını istəyib. İkinci şərti isə "Çelsi” rəhbərliyinin "Real”a keçidi gündəmdə olan belçikalı yarımmüdafiəçi Eden Azarı komandada saxlaması olub.

Hazırkı çalışdırıcı Mauritsio Sarri paytaxt klubu rəhbərliyinin etimadını itirib. "Zadəganlar” Premyer liqanın turnir cədvəlində altıncı pillədə qərarlaşıb.(oxu.az)

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti