Xəzər Xəbər

Burak Yılmazın "Beşiktaş"la müqaviləsinin detalları

İdman | 16:01 • 31 Dekabr 2018
Burak Yılmazın "Beşiktaş"la müqaviləsinin detalları

Türkiyə Super Liqa təmsilçisi "Beşiktaş" hücum xəttində Vaqner Lav vəKayl Larindən istədiyini ala bilmədi. İstanbul təmsilçi "Trabzonspor"da problemlərlə üzləşən Burak Yılmazın transferində anlaşma əldə edib.

Tərəflər arasında 2,5 illik müqavilə bağlanacağı gözlənilir. "Qara qartallar" mövsümün sonuna kimi 33 yaşlı forvarda 1,2 milyon avro maaş ödəyəcək. Növbəti mövsüm üçün isə türkiyəli forvard 2,4 milyon avro məvacib alacaq. Əgər anlaşma 1,5 ildən uzun çəksə, Burakın maaşı yenə 2,4 milyon avro qalacaq.

Qeyd edək ki, Burak Yılmaz ötən il Çinin "Beyiçzin Qoyan" klubundan "Trabzonspor"a keçmişdi. Burak 2006-2008-ci illərdə "Beşiktaş"da oynayıb. Təcrübəli hücumçu "Antalyaspor", "Manisaspor", "Fənərbağça", "Qalatasaray", "Əskişəhərspor" kimi klubların da şərəfini qoruyub.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti