Xəzər Xəbər

Pedro Enrike və Riçard Almeyda yenidən "Qarabağ"da?

İdman | 15:57 • 20 Dekabr 2018
Pedro Enrike və Riçard Almeyda yenidən "Qarabağ"da?

Reynaldonu yenidən heyətinə cəlb edən "Qarabağ" daha iki sabiq futbolçusunu geri qaytara bilər.

Qazaxıstanın "Astana" klubunda çıxış edən Pedro Enrike və Riçard Almeyda Ağdam klubuna geri dönə bilərlər. Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Məlumatda qeyd edilib ki, Almeyda danışıqlar aparmaq üçün Bakıya gələcək. Millimizin üzvünün "Astana" ilə müqaviləsi olduğundan hər şey Qazaxıstan klubundan asılı olacaq.

Pedro Enrike isə müqavilə ilə Yunanıstanın PAOK klubuna məxsusdur. Braziliyalı futbolçu "Astana"da qalmaq istəmədiyi və onun PAOK-la "Qarabağ"dan birinə keçəcəyi gözlənilir.

Qeyd edək ki, maliyyə sıxıntıları səbəbindən bir çox futbolçu "Astana"dan getməyi düşünür.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti