Xəzər Xəbər

UEFA Çempionlar Liqasının dördüncü turuna yekun vurulub

İdman | 08:21 • 8 Noyabr 2018
UEFA Çempionlar Liqasının dördüncü turuna yekun vurulub

Noyabrın 7-də UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün qrup mərhələsinin dördüncü turuna yekun vurulub.


Dördüncü turun ikinci gününün görüşləri məhsuldarlığı ilə yadda qalıb.


Turun ən çox maraqla gözlənilən qarşılaşmasında H qrupunda yer alan "Yuventus” komandası "Mançester Yunayted”i qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Yuventus” 1:2 hesabı ilə məğlub olub. Matçın 65-ci dəqiqəsində Kriştiano Ronaldo Leonardo Bonuççinin ötürdüyü topu saxlamadan qapıya göndərib – 1:0. Lakin görüşün 86-cı dəqiqəsində Xuan Mata cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib – 1:1. Bu qoldan 4 dəqiqə sonra Aleks Sandronun avtoqolu qonaqları hesabda irəli çıxarıb – 1:2.


Qrupun digər oyununda "Valensiya” doğma meydanda İsveçrənin "Yanq Boyz” komandasını 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.


Məğlubiyyətə baxmayaraq, hesabında 9 xal olan "Yuventus” qrupda liderdir. "Mançester Yunayted” 7 xalla ikinci, "Valensiya” 5 xalla üçüncü, "Yanq Boyz” isə 1 xalla sonuncu pillədə qərarlaşıb.


E qrupunun lideri "Bavariya” Münxendə "AEK Afina”nın qapısından iki cavabsız top keçirib. Matçda Robert Levandovski dubl edib. Digər oyunda isə "Benfika” ev oyununda "Ayaks”ın müqavimətini qıra bilməyib – 1:1.


Bu qələbə sayəsində xal ehtiyatını 10-a çatdıran "Bavariya” səkkizdəbir finala vəsiqəni təmin edib. Səkkiz xalı olan "Ayaks” ikinci, "Benfika” isə 4 xalla üçüncü sıradadır. "AEK Afina”nın isə aktivində xal yoxdur.


"Mançester Siti” komandası doğma meydanda "Şaxtyor”u 6:0 hesabı ilə darmadağın edərək F qrupunda liderliyini daha da möhkəmləndirib. Görüşdə Qabriel Cesus het-trik edib. "Lion” isə Fransada "Hoffenhaym” ilə qarşılaşıb. İlk hissədə 0:2 hesabı ilə geri düşən Almaniya təmsilçisi 51-ci dəqiqədə meydanda sayca azlıqda qalsa da, məğlubiyyətdən xilas olmağı bacarıb – 2:2.


F qrupunda "Mançester Siti”nin 9 xalı var. "Lion”un 6, "Hoffenhaym”ın 3, "Şaxtyor”un isə 2 xalı var.


G qrupunun hər iki oyununda qonaqlar qələbə qazanıblar. "Roma” səfərdə Moskvanın Mərkəzi Ordu İdman Klubunu (CSKA) 2:1 hesabı ilə məğlub edib. "Real Madrid” isə "Viktoriya Plzen”in qapısından beş cavabsız top keçirib.


Bu qrupda "Real” və "Roma” 9 xal toplayıblar. "CSKA”nın aktivində 4, "Viktoriya Plzen”in isə 1 xalı var.


UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunun görüşləri noyabrın 28-29-da oynanılacaq. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti