Xəzər Xəbər

Boksda çəki dərəcələr dəyişdirildi

İdman | 12:32 • 3 Noyabr 2018
Boksda çəki dərəcələr dəyişdirildi

Beynəlxalq Boks Federasiyasının Konqresi (AIBA) Yay Olimpiya Oyunlarında çəki dərəcələrinə edilən dəyişiklikləri təsdiqləyib. Kişilərin mübarizəsində 49 kq və 60 kq çəkilər ləğv edilib.

Həmçinin 56 kq və 63 kq çəki dərəclərinə dəyişiklik olunub. Beləliklə, boksçular 2020-ci il Tokio Yay Olimpiya Oyunlarından etibarən, səkkiz - 52 kq, 57 kq, 64 kq, 69 kq, 75 kq, 81 kq, 91 kq və +91 kq çəki dərəcələri üzrə yarışacaqlar. Oyunlarda 214 idmançı iştirak edəcək.

Bunadək isə qadınların yarışına 2 çəki dərəcəsi əlavə olunub. Xanım boksçular 51 kq, 60 kq və 75 kq ilə yanaşı, 57 və 60 kq çəki dərəcələri üzrə də mübarizə aparacaqlar. Oyunlarda 72 boksçu çıxış edəcək. Həmçinin peşəkar boksçuların da Oyunlarda iştirakına limit tətbiq olunub. İdmançıların təsnifat mərhələsində ən azı 15 peşəkar döyüşü olmalıdır.

Qeyd edək ki, AIBA-nın Konqresi Rusiyanın paytaxtı Moskvada keçirilir və bu gün başa çatacaq.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti