Xəzər Xəbər

Joze Mourinyo bu gün “Mançester Yunayted”dən qovulacaq

İdman | 12:32 • 6 Oktyabr 2018
Joze Mourinyo bu gün “Mançester Yunayted”dən qovulacaq
İngiltərənin "Mançester Yunayted” komandasının baş məşqçisi Joze Mourinyo Premyer Liqanın VIII turunda "Nyukasl”la ev oyununda sonra istefaya göndəriləcək.

"Report” "Mirror”a istinadən xəbər verir ki, 55 yaşlı portuqaliyalı mütəxəssis matçın nəticəsində asılı olmayaraq, qovulacaq. Belədə, klub Mourinyoya 20 milyon funt sterlinq civarında təzminat ödəyəcək.

"Mançester Yunayted”in baş məşqçisi vəzifəsinə əsas namizəd Zinəddin Zidan göstərilir.

Qeyd edək ki, bu gün keçiriləcək "Mançester Yunayted” – "Nyukasl” görüşü Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. "Qırmızı şeytanlar” hazırda 10 xalla 10-cu pillədə qərarlaşıb. 2016-cı ilin mayında komandanın baş məşqçi təyin olunan Mourinyo bu müddətdə Avropa Liqası, İngiltərə Liqa Kuboku və İngiltərə Super Kubokunun qalibi olub.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti