Xəzər Xəbər

`Real` Lopeteqini istefaya göndərə bilər

İdman | 11:33 • 6 Oktyabr 2018
`Real` Lopeteqini istefaya göndərə bilər

"Real Madrid" klubunun rəhbərliyi yaxın vaxtlarda baş məşqçi Xulen Lopeteqini istefaya göndərə bilər. Bu barədə "Daily Mail" nəşri yazıb.

Bildirilir ki, Kral klubu rəhbərliyi komandanın Lopeteqinin başçılığı altında qazandığı nəticələrdən narazıdır. Əgər nəticələr yaxşılaşmasa, məşqçi istefaya göndəriləcək.

"Real" iştirak etdiyi bütün turnirlərdəki son üç matçda nə qələbə qazanıb, nə də qol vurub. Klub İspaniya çempionatında "Sevilya"ya (0:3), Çempionlar Liqasında isə Rusiya MOİK-inə (0:1) məğlub olub. Komanda eyni zamanda Primeroda"Atletiko" ilə heç-heçə edib (0:0).

"Real" növbəti oyununu səfərdə "Alaves"ə qarşı keçirəcək. Qarşılaşma oktyabrın 6-da baş tutacaq.

52 yaşlı Lopeteqi "Real"a iyunun 15-də gəlib.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti