Xəzər Xəbər

Ronaldo “Yuventus”a görə millidən imtina etdi

İdman | 14:08 • 5 Oktyabr 2018
Ronaldo “Yuventus”a görə millidən imtina etdi

"Yuventus”un futbolçusu Kriştiano Ronaldo bu ilin sonuna qədər Portuqaliya millisinin oyunlarında iştirak etməyəcək.

33 yaşlı futbolçu yayda transfer olduğu "Yuventus”a tez uyğunlaşmaq üçün belə qərar qəbul edib. Bu barədə İtaliyanın "Football İtalia” nəşri məlumat yayıb.

Xəbərdə Ronaldonun Portuqaliya millisinin sentyabr ayındakı Millətlər Liqasının oyunları üçün heyətə daxil edilmədiyi bildirilib. Portuqaliyalı futbolçunun oktyabr və noyabr aylarında da komandadan uzaq qalacağı gözlənilir.

Portuqaliya millisi Millətlər Liqasında Polşa, Şotlandiya və İtaliya yığmaları ilə qarşılaşacaq.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti