Xəzər Xəbər

Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçiriləcək

İdman | 12:34 • 4 Oktyabr 2018
Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçiriləcək

Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçiriləcək.

Azərbaycanın turnirdə yeganə təmsilçisi "Qarabağ" Bakı Olimpiya Stadionunda İngilərənin "Arsenal" klubunu qəbul edəcək.

Ağdam təmsilçisinin qrup mərhələsindəki rəqibi Ukrayna "Vosrkla"sı evdə Portuqaliya "Sportinq"i ilə üz-üzə gələcək. Poltava təmsilçisi ilk turda səfərdə "Arsenal"a 2:4 hesabı ilə məğlub olub. "Sportinq" isə evdə "Qarabağ"ı 2:0 hesabı ilə üstələyib.

Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstan "Astana"sı II turda Fransa "Renn"i ilə qarşılaşaq. Komanda ilk turda Ukrayna "Dinamo"su (Kiyev) ilə heç-heçə edib - 2:2.

Türkiyənin Avropa Liqasındakı təmsilçilərindən "Beşiktaş" səfərdə İsveçrənin "Malmö" kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək. "Fənərbağça" isə Slovakiya "Spartak"ını (Trnava) qəbul edəcək. Ötən mövsüm Türkiyə Kubokunun qalibi olan "Akhisarspor" Belçika "Standard"nın qonağı olacaq.

Avropa Liqası

Qrup mərhələsi, II tur

4 oktyabr

A qrupu

20:55. "Bayer" (Leverkuzen, Almaniya) - AEK (Larnaka, Kipr)

20:55. "Sürix" (İsveçrə) - "Lüdoqorets" (Bolqarıstan)

B qrupu

20:55. "Rusenborq" (Norveç) - "Leyptsiq" (Almaniya)

20:55. "Zaltsburq" (Avstriya) - "Seltik" (Şotlandiya)

C qrupu

20:55. "Bordo" (Fransa) - "Kopenhagen" (Danimarka)

20:55. "Zenit" (Rusiya) - "Slaviya" (Praqa, Çexiya)

D qrupu

20:55. "Anderlext" (Belçika) - "Dinamo" (Zaqreb, Xorvatiya)

20:55. "Fənərbağça" (Türkiyə) - "Spartak" (Trnava, Slovakiya)

E qrupu

20:55. "Qarabağ" (Azərbaycan) - "Arsenal" (İngiltərə)

20:55. "Vorskla" (Poltava, Ukrayna) - "Sportinq" (Lissabon, Portuqaliya)

F qrupu

20:55. "Milan" (İtaliya) - "Olimpiakos" (Yunanıstan)

20:55. "Betis" (İspaniya) - "Düdelanj" (Lüksemburq)

G qrupu

23:00. "Reyncers" (Şotlandiya) - "Rapid" (Vyana, Avstriya)

23:00. "Spartak" (Moskva, Rusiya) - "Vilyarreal" (İspaniya)

H qrupu

23:00. "Apollon" (Kipr)- "Marsel" (Fransa)

23:00. "Ayntraxt" (Almaniya) - "Latsio" (İtaliya)

I qrupu

23:00. "Malmö" (İsveç) - "Beşiktaş" (Türkiyə)

23:00. "Sarpsporq" (Norveç) - "Genk" (Belçika)

J qrupu

23:00. "Krasnodar" (Rusiya) - "Sevilya" (İspaniya)

23:00. "Standard" (Lyej, Belçika) - "Akhisarspor" (Türkiyə)

K qrupu

23:00. "Astana" (Qazaxıstan) - "Renn" (Fransa)

23:00. "Yablonets" (Çexiya) - "Dinamo" (Kiyev, Ukrayna)

L qrupu

23:00. BATE (Belarus) - PAOK (Yunanıstan)

23:00. Çelsi" (İngiltərə) - "Videoton" (Macarıstan)

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti