Xəzər Xəbər

Futbolçularımızla fəxr edirəm - Qurban Qurbanov

İdman | 08:44 • 31 Avqust 2018
Futbolçularımızla fəxr edirəm -

Futbolçularıma təşəkkür etmək istəyirəm. Həqiqətən qələbə qazanmaq üçün sona qədər gözəl oyun nümayiş etdirdilər. Futbolçularımızla fəxr edirəm.


Xezerxeber.az xəbər verir ki, bu sözləri "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının play-off mərhələsinin cavab qarşılaşmasında "Şerif” klubu üzərində 3:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında deyib.


Baş məşqçi bildirib: "Bu oyuna hazırlaşmaq bizim üçün çətin idi. Hamımız nəticə haqda düşünürdük. Bu gün çox yaxşı oynadıq, meydanda bacardığımızı etdik. Klub rəhbərliyini, azarkeşlərimizi qələbə münasibətilə təbrik edirəm. Rəqib haqda danışmağa ehtiyac yoxdur. Onlara uğurlar arzu edirəm”.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti