Xəzər Xəbər

"Barselona" hücumçusunu "Borussiya"ya icarəyə verdi

İdman | 12:05 • 29 Avqust 2018
"Barselona" hücumçusunu "Borussiya"ya icarəyə verdi

"Barselona" hücumçusu Pako Alkaseri icarəyə verib.

İspan forvard karyerasını Almaniyada davam etdirəcək. 24 yaşlı futbolçu Dortmund "Borussiya"sı ilə müqavilə imzalayıb. Bundesliqa klubu Alkaseri 1 illik icarə əsasında heyətinə qatıb. Bu keçid üçün "Barselona"ya 2 milyon avro ödənilib. Müqavilədəsatın alma bəndi də qeyd edilib. "Borussiya" Pakonu 23+5 milyon avroya birdəfəlik transfer edə bilər.

Qeyd edək ki, Alkaser 2016-cı ildə "Valensiya"dan "Barselona"ya keçmişdi.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti