Rusiyada keçirilən 21-ci Dünya Çempionatının 1/4 final həyəcanı bu gün başlayacaq.
Adlarını yarımfinala yazdırmaq uğrunda mübarizə aparacaq komandaların oyunu 2 gün ərzində baş tutacaq.
1/4 finalda Avropadan 6 (Fransa, Belçika, Rusiya, Xorvatiya, İsveç, İngiltərə) Latın Amerikasından isə 2 (Braziliya, Uruqvay) mübarizə aparacaq.
Mərhələ çərçivəsində 4 oyun keçiriləcək. İlk gündə Uruqvay ilə Fransanın talelərinə aydınlıq gələcək. Günün digər matçı Braziliya ilə Belçika arasında baş tutacaq. İkinci gündə isə İsveç İngiltərə, Rusiya isə Xorvatiya ilə şanslarını sınayacaq.
1/4 finalın cədvəli belədir:
6 iyul, cümə
18.00 Uruqvay-Fransa ("Nijnıy Novqorod” stadionu)
22.00 Braziliya-Belçika (Kazan Arena)
7 iyul, şənbə
18.00 İsveç-İngiltərə (Samara Arena)
22.00 Rusiya-Xorvatiya ("Fişt” stadionu)