Xəzər Xəbər

İspaniya klubu "Qarabağ"ın futbolçusuna elçi düşdü

İdman | 14:28 • 6 İyun 2018
İspaniya klubu "Qarabağ"ın futbolçusuna elçi düşdü

İspaniyanın "Las Palmas” klubu "Qarabağ”ın futbolçusu Dani Kinatan ilə yaxından maraqlanır.

Bu barədə klubun rəsmi saytında geniş məqalə dərc edilib.

Xəbərə görə, Dani Kintananın xidmətində komandanın baş məşqçisi Manolo Ximenez xüsusi maraqlıdır.

"Qarabağ”ın futbolçusu vətəninin təmsilçisinin diqqətini məhz 2017/2018 mövsümündə Çempionlar Liqasındakı çıxışı ilə çəkib. Klubun artıq Kintana ilə danışıqlara başladığı bildirilib.

Qeyd edək ki, ispan futbolçu 2015-ci ildən "Qarabağ”ın şərəfini qoruyur. 31 yaşlı futbolçunun Ağdam klubu ilə müqavilə müddəti bu ilin 30 iyununda başa çatacaq.

Xatırladaq ki, "Las Palmas” ötən mövsüm La Liqa ilə zəif nəticə göstərdiyi üçün vidalaşıb.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti