Xəzər Xəbər

"Roma" Portuqaliyaya nəhəng təklif göndərdi

İdman | 19:28 • 18 May 2018
"Roma" Portuqaliyaya nəhəng təklif göndərdi

İtaliya nəhəngi "Roma” müqavilə ilə Portuqaliyanın "Benfika” klubuna aid olan Anderson Taliska üçün xəzinəsinin ağzını açıb.

"Beşiktaş”ın heyətində Çempionlar Liqasındakı performansı ilə ulduzlaşan 24 yaşlı futbolçu üçün "Benfika”ya 32 milyon avro təklif edib.

Əsl sürpriz xəbər isə Çindən gəlib. Çinin "Çanqçun Yatay FC” və "Quançou Everqrand” klublarının "Roma”dan daha çox məbləğ təklif etdikləri bildirilib. Məbləğin miqdarı isə açıqlanmayıb.

Transferin qərarı futbolçunun öhdəsinə buraxılıb. "Transfermarkt” braziliyalı oyunçuya 19 milyon avro qiymət qoyub.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti