Xəzər Xəbər

"Arsenal"ın futbolçusu üçün mövsüm başa çatdı: DÇ-də oynamayacaq

İdman | 17:28 • 4 May 2018
"Arsenal"ın futbolçusu üçün mövsüm başa çatdı:

Fransa millisinin və İngiltərənin "Arsenal" klubunun futbolçusu Loren Koselni dünya çempionatında iştirak etməyəcək.

Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda səfərdə İspaniyanın "Atletiko" komandası ilə görüşdə xəsarət alan müdafiəçinin bərpa müddəti bir neçə ay çəkəcək. 33 yaşlı futbolçunun 6 aydan sonra yaşıl meydanlara qayıdacağı gözlənilir. Koselni Fransa milli komandasında 51 oyun keçirib.

Xatırladaq ki, dünya çempionatının oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərinə keçiriləcək. Fransa millisi Avstraliya, Peru və Danimarka yığmaları ilə birgə C qrupunda yer alıb.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti