Xəzər Xəbər

Zinəddin Zidan: "Titulumuzu qorumaq istəyirik"

İdman | 14:13 • 2 May 2018
Zinəddin Zidan:

"Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra aıçqlama verib.

XəzərXəbər xəbər verir ki, finala qədər 3 böyük komandanı mübarizədən kənarlaşdırdıqlarını vurğulayıb:

"Çox böyük bir komandanı mübarizədən kənarlaşdırdıq. "Yuventus"la PSJ də elə bir kollektiv idi. Xoşbəxtik, çünki üç böyük komandanı çətinlik çəkməyimizə baxmayaraq, məğlub etdik. "Yuventus"la matçda da rəqibin təzyiqi ilə üzləşmişdik. Ancaq istədiyimizə sonda nail olmuşduq. Bu matçda da rəqib son saniyəyə kimi mübarizə apardı. Ardıcıl 3-cü dəfə turnirin finalında oynamaq qeyri-adi bir şeydir. Titulumuzu qorumaq istəyirik".

Zidan Keylor Navasla Kərim Benzema haqda xoş sözlər səsləndirib:

"Benzema üçün çox şadam. Həqiqətən də fərq yaradan oldu. Navas isə qurtarışları ilə bizi xilas etdi".

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti