Xəzər Xəbər

Şəhriyar Məmmədyarov iddiaçıların turnirində Liren Dinqə məğlub olub

İdman | 09:55 • 25 Mart 2018
Şəhriyar Məmmədyarov iddiaçıların turnirində Liren Dinqə məğlub olub

Berlində şahmat tacına iddiaçıların turniri davam edir. Apasport.az saytının məlumatına görə, ötən gün baş tutan XII turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Liren Dinqlə qarşılaşıb.

İlk dövrədə qara fiqurlarla çinli rəqibi ilə heç-heçə edən həmyerlimiz bu dəfə ağ fiqurlarla oynayıb. Liderlər qrupunda qərarlaşan həmyerlimiz gözlənilmədən rəqibinə məğlub olub.

Turun ən maraqlı matçı Sergey Karyakinlə lider Fabiano Karuana arasında keçirilib. Rəqibi üzərində qələbə qazanan Karyakin aradakı xal fərqini qapayaraq, liderliyə şərik olub.

Qeyd edək ki, sabah şahmatçılar istirahət edəcəklər.

İddiaçılar turniri

XII tur

Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - Liren Dinq (2769, Çin) - 0:1

Sergey Karyakin (2763, Rusiya) - Fabiano Karuana (2784, ABŞ) - 1:0

Aleksandr Qrişuk (2767, Rusiya) - Levon Aronyan (2794, Ermənistan) - 0,5:0,5

Vladimir Kramnik (2800, Rusiya) - Uesli So (2799, ABŞ) - 0,5:0,5

Turnir cədvəli: Karuana, Karyakin - 7 xal; Məmmədyarov, Dinq, Qrişuk – 6,5; Kramnik – 5,5; So – 5; Aronyan – 4.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti