Xəzər Xəbər

Beylə görə 1 milyon funt ödəməyə hazırdır

İdman | 15:12 • 20 Fevral 2018
Beylə görə 1 milyon funt ödəməyə hazırdır
Martın 22-də Uels və Çin millisi arasında yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulur.

Uelslin heyətində Qaret Beyl meydana çıxsa, Çin Futbol Federasiyası 1 milyon funt ödəməli olacaq. Ulduz futbolçu oynamasa, bu məbləğ 100 min funta düşə bilər. "Arsenal"ın yarımmüdafiəçisi Aaron Remsi də heyətdə olmayacağı təqdirdə ödənişin 50 min funta endirilməsi mümkündür.

"Daily Mail" Rayan Qiqqsin millinin baş məşqçisi kimi debüt oyununda adları çəkilən ulduz futbolçuların iştirak etmək istədiyini yazır. Oyunun Nannin şəhərində təşkil olunması planlaşdırılır.

Britaniyalılar bundan 4 gün sonra Uruqvay və ya Çexiya ilə qarşılaşmada qüvvəsini sınayacaq.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti