Xəzər Xəbər

Mahrez yarışına "Arsenal" da qatıldı

İdman | 16:20 • 5 Fevral 2018
Mahrez yarışına "Arsenal" da qatıldı

Əlcəzair millisinin üzvü Riyad Mahrez "Lester Siti"də xoşbəxt deyil.

Yarımmüdafiəçinin elçiləri gündən-günə artmaqdadır. Qış transfer pəncərəsində "Mançester Siti"yə keçidi baş tutmayan futbolçu rəhbərliyə etiraz olaraq bir müddət məşqlərə çıxmaqdan imtina edib."Daily Star" nəşrində yer alan məlumata görə, 26 yaşlı vingerin xidmətində maraqlı olan klublara "Arsenal" da qoşulub. "Liverpul", "Çelsi" və "Maçester Siti"nin hədəfində olan ulduz futbolçunu Arsen Venger də heyətində görməyi arzu edir. İddiaya görə, "topçular" yayda bu keçidi həll etmək üçün "Lester Siti"ni və futbolçunu razı salmağa çalışacaq.

Qeyd edək ki, Mahrez 2014-cü ildən "Lester Siti"də çıxış edir.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti