Xəzər Xəbər

Adebayor: "Arsenal"a nifrət edirəm"

İdman | 12:59 • 20 Yanvar 2018
Adebayor:

"Arsenal"ın sabiq futbolçusu, "Başakşəhər"də top qovan toqolu ulduz Emmanuel Adebayor futbol dünyasının gündəmini zəbt edən açıqlama verib.

33 yaşlı forvard 2009-cu ildə "Arsenal"dan ayrılaraq "Mançester Siti"yə transfer olmasını belə xatırlayıb:

"Arsen Vengerlə görüşdüm və komandadan ayrılmağımın lazım olduğunu söylədi. Mən də "Mançester Siti"yə transfer oldum. Bir gün sonra isə Venger mətbuat konfransında pulu seçdiyimi və bu səbəbdən ayrıldığımı açıqladı. Bu səbəbdən "Arsenal"a nifrət edirəm. Ancaq azarkeşlərinə nifrət etmirəm. Komandanın oyunlarına baxanda həm qalib gəlməsini, həm də uduzmasını istəyirəm. Hələ də əsəbəiyəm".

Qeyd edək ki, 2006/09-cu illərdə "topçular"ın şərəfini qorumuş Adebayor "şəhərlilər"ə 29,5 milyon avro qarşılığında transfer olmuşdu.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti