Xəzər Xəbər

Bir gülləyə iki "dovşan": “Real”dan “Leypsiq”-“Beşiktaş” matçında transfer sürprizi

İdman | 18:04 • 6 Dekabr 2017
Bir gülləyə iki "dovşan":

İspaniyanın nəhəng futbol klubu "Real Madrid” türkiyəli ulduz futbolçu Cenk Tosunun izinə düşüb.

Klubun skaut heyəti bu gün Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilən "Leypsiq” – "Beşiktaş” matçında C.Tosunu izləmək üçün iştirak edəcək.

Bu barədə İspaniyanın "Radio Marca” media orqanı məlumat yayıb. Skaut heyəti "Beşiktaş”ın məhsuldar futbolçusu ilə yanaşı, "Leypsiq” komandasının gənc üzvü Timo Verneri də diqqətə alacaq.

Xəbəri komanda yoldaşı Alvaro Neqredodan öyrənən Cenk Tosun həyəcan keçirib və baş məşqçisindən onu oynatması üçün rica edib.

Qeud edək ki, "Real”ın transfer hədəfində bu iki futbolçu ilə yanaşı, Fedor Smolov, "Arsenal”dan ayrılması gözlənilən Aleksis Sançez və "İnter”in forvardı Maur İkardi var./publika.az

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti