Xəzər Xəbər

"Qalatasaray"ın transfer bombası: 22 milyonluq futbolçu

İdman | 12:35 • 11 Noyabr 2017
"Qalatasaray"ın transfer bombası:

"Qalatasaray" transfer çalışmalarına başlayıb. Arda Turanın keçidini "Barselona" ilə razılaşdırdığı deyilən İstanbul klubu Ezekuel Lavezzini də hədəfə alıb.


Çinin "Hebei Chine Fortune" klubunda çıxış edən argentinalı futbolçunun müqaviləsi yanvarın 1-də başa çatacaq. Lavezzinin klubu ilə yeni müqavilə imzalamayacağı və Avropaya dönməyə hazırlaşdığı deyilir. 32 yaşlı hücumçu üçün transfer haqqının ödənməyəcəyini nəzərə alan "Qalatasaray" yaxın günlərdə danışıqlara start verəcək. Klubun idman direktoru Cenk Ergun argentinalı ulduzun meneceri ilə görüşərək təklifi ona təqdim edəcək.


Çində ildə 40 milyon avro qazanan argentinalı Avropada daimi oynaya biləcəyi bir klub axtarır ki, "Qalatasaray" onun üçün ən yaxşı variantlardan biri hesab olunur.


Qeyd edək ki, Lavezzi 2012-ci ildə "Napoli"dən PSJ-yə 28,95 milyon avroya transfer olunub. Paris klubu isə onu 2016-cı ildə "Hebei Chine Fortune"yə 22 milyon avroya satıb.


Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti