Xəzər Xəbər

"Qarabağ"ın zədəli futbolçusundan ŞAD XƏBƏR

İdman | 18:21 • 2 Oktyabr 2017
"Qarabağ"ın zədəli futbolçusundan

"Zirə" ilə Azərbaycan Premyer Liqasının VII tur matçında zədələnən "Qarabağ"ın futbolçusu Yakub Jezniçakın durumuna aydınlıq gəlib.

Ağdam klubunun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tibbi müayinə nəticəsində polşalı müdafiəçinin diz bağlarında gərilmə aşkarlanıb.

Həkimlər onun bir həftəyədək məşqlərdən kənar qalmasını məqsədəuyğun sayıblar. Jezniçak çempionatda milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə müddətində bərpa dövrü keçəcək. Onun oktyabrın 13-də "İnter"lə VIII tur matçına hazır olacağı gözlənilir.

Qeyd edək ki, Yakub Jezniçak "Zirə" ilə matçın 30-cu dəqiqəsində rəqibin hücumunu dəf etmək istəyərkən zədələnib və komanda yoldaşı Bədavi Hüseynovla əvəzlənib.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti