Xəzər Xəbər

Boksçularımız Avropa birinciliyində 2 bürünc medal qazanıb

İdman | 10:19 • 26 Sentyabr 2017
Boksçularımız Avropa birinciliyində 2 bürünc medal qazanıb

Bolqarıstanın Albena şəhərində yeniyetmə boksçular arasında keçirilən Avropa birinciliyi başa çatıb. Azərbaycan millisi yarışda 2 bürünc medal qazanıb.

Bu barədə xezerxeber.az-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Vaqif Kazımovun komandasında Səlim Səlimov (63 kq) və Murad Allahverdiyev (75 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Səlimov Miçak Jarlinski (Polşa) və Elvin Əliyevə (Ukrayna) qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə ingiltərəli Cek Olifantla qarşılaşan boksçumuz finala adlaya bilməyib.

M.Allahverdiyev isə Pavel Platon (Moldova), Denis Lapuşanski (Belarus) və Rafael Hovannisyanı (Ermənistan) mübarizədən kənarlaşdırıb. Təmsilçimiz 1/2 finalda bolqarıstanlı Daniel Lyubenova məğlub olaraq, bürünc medalla kifayətlənib.

Yığmamız komanda hesabında 12-14-cü yerləri bölüşüb. Siyahıda birinci yeri isə 7 qızıl və 2 bürünc medal qazanan Rusiya tutub.

Qeyd edək ki, birincilikdə 32 ölkədən 260 boksçu qüvvəsini sınayıb.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti