Xəzər Xəbər

Qarabağ”- “Roma” oyununa 58 min bilet satılıb

İdman | 10:01 • 22 Sentyabr 2017
Qarabağ”- “Roma” oyununa 58 min bilet satılıb

"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı "Roma”yla matçın bilet satışı davam edir.

XəzərXəbər xəbər verir ki, ötən günə olan məlumata görə, satılan biletlərin sayı 58 000-ə çatıb.

Satışda yalnız 2 manatlıq biletlər qalıb.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Qeyd edək ki, "Qarabağ” - "Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri
VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN

Şatış məntəqələri
Asan Xidmət Mərkəzləri
Heydər Əliyev Sarayının kassası
28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Qeyd edək ki, azarkeşlərimiz qeyd olunan ünvanlarda vauçerləri biletlərlə dəyişə bilər.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti