Xəzər Xəbər

“Real Madrid”, yoxsa “Mançester Yunayted” Superkubok kimin olacaq?

İdman | 12:01 • 8 Avqust 2017
“Real Madrid”, yoxsa “Mançester Yunayted”

Bu gün UEFA Superkuboku uğrunda oyun keçiriləcək.

XəzərXəbər ötən mövsüm Çempionlar Liqasının qalibi olan İspaniya təmsilçisi "Real Madrid”lə Avropa Liqasında uğur qazanan İngiltərənin "Mançester Yunayted” komandası Makedoniyada üz-üzə gələcəklər.

Paytaxt Skopyedə baş tutacaq matçı italiyalı hakim Canluka Rokki idarə edəcək.

Qeyd edək ki, "Real Madrid” bunadək 3 dəfə (2002, 2014, 2016) UEFA Superkubokunu qazanıb, 2 dəfə (1998, 2000) isə həlledici qarşılaşmada uduzub. İkinci dəfə kubok muzeyinə aparmaq üçün meydana çıxacaq "Mançester Yunayted” isə buna 26 il əvvəl nail olub (1991, 1999, 2008).

UEFA Superkuboku

8 avqust

22:45. "Real Madrid” (İspaniya) – "Mançester Yunayted” (İngiltərə)

Baş hakim: Canluka Rokki

Baş hakimin köməkçiləri: Elenito Di Liberatore, Mauro Tonolini

Əlavə hakim köməkçiləri: David Massa, Massimiliano İrrati

Ehtiyat hakim: Rikkardo Di Fiore (hamısı İtaliya)

Dördüncü hakim: Klement Turpin (Fransa)

UEFA nümayəndəsi: Marko Kasaqrande (Finlandiya)

Makedoniya, Skopye. II Filip stadionu

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti