Xəzər Xəbər

İlham Zəkiyev 7-ci dəfə Avropa çempionu oldu

İdman | 11:07 • 6 Avqust 2017
İlham Zəkiyev 7-ci dəfə Avropa çempionu oldu

Azərbaycan Milli Paralimpiya Komitəsinin cüdo üzrə komandasının üzvləri İngiltərənin Valsall şəhərində keçirilən Avropa çempionatında iştirak ediblər.

Komitədən XəzərXəbər-ə verilən məlumata görə, Azərbaycan cüdoçularından İlham Zəkiyev, Rövşən Səfərov, Sevda Vəliyeva və Xanım Hüseynova qızıl, Bayram Mustafayev gümüş, Ramil Qasımov və Hüseyn Rəhimli isə bürünc medal qazanıblar.

Beləliklə, yarışda iştirak edən bütün idmançılarımız görüşlərini uğurla yekunlaşdıraraq millimizin aktivinə, ümumilikdə, dörd qızıl, bir gümüş və iki bürünc medal yazdırıblar.

Qeyd edək ki, Azərbaycanın məşhur paralimpiyaçı cüdoçusu İlham Zəkiyev yeddinci dəfə Avropa çempionu olub. O, 2005, 2007, 2009, 2011, 2013 və 2015-ci ildə də Avropa Çempionu tituluna yiyələnib.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar