Xəzər Xəbər

Arda qayıdır

İdman | 12:28 • 5 Avqust 2017
Arda qayıdır

"Barselona" futbolçusu Arda Turan milli karyerasını bərpa edə bilər. Bu ilin iyun ayında milli komandadan getdiyini açıqlayan futbolçu üçün yeni şans yaranıb.

Belə ki, baş məşqçi Fatih Terimin istefasından sonra millinin "sükanı arxası"na keçən Mirça Luçesku futbolçuya yeni şans vermək istəyir. Bu barədə məlumatı 72 yaşlı mütəxəssis keçirdiyi mətbuat konfransında deyib. O, yaxın günlərdə Arda ilə danışacağını bildirib:

"2016-cı ildə Fransada keçirilən Avropa çempionatından sonra baş verənləri bilirəm. Mənim əsas hədəfim komandanı bir yerə toplamaq, yaxşı kollektiv yaratmaqdır. Əlbəttə, Arda ilə də görüşəcəm. Onunla telefon vasitəsi ilə əlaqə saxlayacam. Milli komandanın Ardaya, Ardanın milli komandaya ehtiyacı var. Onun nə hisslər keçirdiyini bilirəm".

Qeyd edək ki, Arda "ay-ulduzlular"ın heyətində 97 oyun keçirib./fanat

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti