Xəzər Xəbər

Bakıda doğum evinin yaxınlığında YANĞIN

Hadisə | 15:20 • 19 İyun 2024
Bakıda doğum evinin yaxınlığında

Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 5 saylı Doğum Evinin yaxınlığında məişət və taxta tullantıları yanır.

Xezerxeber.az-ın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb edilib.

FHN-dən "Report"a verilən məlumata görə, Səbail rayonu Neftçi Qurban küçəsində qeydə alınan yanğın məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində işlər davam edir

Xəbər lenti