Xəzər Xəbər

Sarayda minik avtomobili "KamAZ"la toqquşdu ÖLƏNLƏR VAR

Hadisə | 17:35 • 31 May 2024
Sarayda minik avtomobili "KamAZ"la toqquşdu

Abşeron rayonunun Saray qəsəbəsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

Xezerxeber.az xəbər verir ki, "KamAZ" markalı yük maşını ilə "Daewoo" markalı minik avtomobili toqquşub.

DİN-in Baş Dövlət Yol Polis İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib ki, hadisə saat 15:50 radələrində Saray qəbirstanlığının qarşısında qeydə alınıb.

"Daewoo Gentra" markalı, 10-KY-967 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetməni itirərək əks istiqamətdən gələn "KamAZ" markalı, 99-JR-925 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır, müvafiq ekspertizalar təyin edilib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024