Xəzər Xəbər

Bakıda 38 yaşlı kişi qətlə yetirilib qadın saxlanıldı

Hadisə | 11:00 • 30 May 2024
Bakıda 38 yaşlı kişi qətlə yetirilib

Sabunçuda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Xezerxeber.az Sabunçu rayon prokurorluğuna istinadən məlumat verir ki, mayın 30-da saat 9 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 1986-cı il təvəllüdlü Samir İsrəfilovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1976-cı il təvəllüdlü Ruhiyyə Tahirovanın aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək tanışı Samir İsrəfilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Ruhiyyə Tahirova iş üzrə şübhəli şəxs qismində tutulub.

Rubrikanın digər xəbərləri

Xırdalanda gənc qız itkin düşüb
Xırdalanda gənc qız itkin düşüb FOTO
19:48 • 23 Mart 2025
Sabirabadda 3 otaqlı evdə
Sabirabadda 3 otaqlı evdə YANĞIN
14:48 • 22 Mart 2025
Bakıda evdə
Bakıda evdə YANĞIN
14:04 • 21 Mart 2025
Bakıda evdən 20 min manatlıq
Bakıda evdən 20 min manatlıq
12:48 • 21 Mart 2025
Ağsuda
Ağsuda ZƏLZƏLƏ
09:11 • 21 Mart 2025

Xəbər lenti