Xəzər Xəbər

Gəncədə yanğın ÖLƏN VAR

Hadisə | 13:04 • 13 Aprel 2024
Gəncədə yanğın

Fövqəladə Hallar Nazirliyi Gəncədə baş verən yanğın hadisəsi ilə bağlı açıqlama yayıb.

Xezerxeber.az FHN-ə istinadən xəbər verir ki, Gəncə şəhərində ümumi sahəsi 190 m² (hər mərtəbəsi 95 m²) olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində bir otağında ev əşyaları 50 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti