Xəzər Xəbər

Səbail rayonunda onsəkkizmərtəbəli yaşayış binasına bitişik konstruksiya YANIB

Hadisə | 09:53 • 13 Aprel 2024
Səbail rayonunda onsəkkizmərtəbəli yaşayış binasına bitişik konstruksiya

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, Göyüş Qarayev küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Xezerxeber.az Nazirliyə istinadən bildirir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının onsəkkizmərtəbəli yaşayış binasına bitişik taxta konstruksiyadan ibarət tikilidə baş verdiyi və hər an binaya keçmə riskinin olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın yaşayış binasına keçməyə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sahəsi 5 kvadratmetr olan taxta konstruksiyadan ibarət yarımçıq tikili və 25 kvadratmetr sahədə taxta qırıntıları yanıb, binanın fasadında 5 poqonometr elektrik kabelləri əriyib.

Yaşayış binası yanğından mühafizə edilib.

Rubrikanın digər xəbərləri

Biləsuvarda ağır qəza
Biləsuvarda ağır qəza Ölənlər var
15:52 • 15 İyun 2025
Beyləqanda bazarda
Beyləqanda bazarda Yanğın
09:00 • 14 İyun 2025
Yardımlıda traktor aşdı, sürücü
Yardımlıda traktor aşdı, sürücü Öldü
09:35 • 13 İyun 2025
Xırdalanda yanğın söndürülüb
Xırdalanda yanğın söndürülüb YENİLƏNİB-3/FOTO
14:20 • 12 İyun 2025
Bank kartları talanmaqda davam edir
Bank kartları talanmaqda davam edir
12:03 • 12 İyun 2025
Dənizdə meyit aşkarlanıb
Dənizdə meyit aşkarlanıb
09:04 • 10 İyun 2025
Qaxda ağır yol qəzası baş verib
Qaxda ağır yol qəzası baş verib
13:13 • 8 İyun 2025

Xəbər lenti

Çox oxunanlar