Xəzər Xəbər

Toyu olacaq gənc yol qəzasında ÖLDÜ FOTO

Hadisə | 12:01 • 24 Fevral 2024
Toyu olacaq gənc yol qəzasında ÖLDÜ

Sabah toyu olacaq gənc yol qəzasında ölüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün Yevlax rayonu ərazisində baş verib.

1996-cı il təvəllüdlü Şəki rayonu Böyük Dəhnə kənd sakini, Elnur Şubay oğlu Abdulayevin idarə etdiyi minik avtomobili yük maşını ilə toqquşub.

Qəza zamanı sürücü E.Abdullayev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərdən hadisə yerində həyatını itirib.

Qeyd edək ki, E.Abdullayev nişanlı olub. O, sabah baş tutacaq qız toyu mərasimi üçün rayona gəlirmiş. Mart ayının 2-də isə öz toyu olmalı idi.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xırdalanda gənc qız itkin düşüb
Xırdalanda gənc qız itkin düşüb FOTO
19:48 • 23 Mart 2025
Sabirabadda 3 otaqlı evdə
Sabirabadda 3 otaqlı evdə YANĞIN
14:48 • 22 Mart 2025
Bakıda evdə
Bakıda evdə YANĞIN
14:04 • 21 Mart 2025
Bakıda evdən 20 min manatlıq
Bakıda evdən 20 min manatlıq
12:48 • 21 Mart 2025
Ağsuda
Ağsuda ZƏLZƏLƏ
09:11 • 21 Mart 2025

Xəbər lenti