Xəzər Xəbər

Yevlaxda iki maşın toqquşdu ÖLƏN VAR

Hadisə | 09:09 • 23 Fevral 2024
Yevlaxda iki maşın toqquşdu

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax rayonunun Qaraoğlan kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Xezerxeber.az Nazirliyə istinadən məlumat verir ki, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Opel” markalı minik avtomobili və “Mercedes” markalı yük avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti “Opel” markalı minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti