Xəzər Xəbər

FHN Xəzər rayonunda qumbara tapıb FOTO

Hadisə | 11:29 • 23 Mart 2023
FHN Xəzər rayonunda qumbara tapıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xəzər rayonunda hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Xezerxeber.az nazirliyin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd RQD-5 əl qumbarası olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti