Xəzər Xəbər

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

Hadisə | 10:30 • 22 Mart 2023
Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

Martın 21-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Xezerxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Axtarışda olduğuna görə, ümumilikdə 14, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Xəbər lenti