Xəzər Xəbər

Sabunçuda keçmiş məhkum silahla yaxalandı

Hadisə | 11:56 • 21 Mart 2023
Sabunçuda keçmiş məhkum silahla yaxalandı

Bakıda silahlı şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyindən Xezerxeber.az-a verilən məlumata görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş S.İbrahimov saxlanılıb.

Üzərinə baxış zamanı ondan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 7 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb.

Xəbər lenti