Xəzər Xəbər

Bayram günlərinin kriminogen vəziyyəti açıqlandı RƏSMİ

Hadisə | 11:11 • 21 Mart 2023
Bayram günlərinin kriminogen vəziyyəti açıqlandı

Martın 20-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Xezerxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindın bildirilib.

Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 32, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

“Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb. Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb”, -deyə məlumatda qeyd olunub.

Xəbər lenti