Xəzər Xəbər

Son iki gündə 24 kiloqramdan çox narkotik götürülüb

Hadisə | 12:00 • 20 Mart 2023
Son iki gündə 24 kiloqramdan çox narkotik götürülüb

Polis əməkdaşlarının martın 18-də və 19-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24,5 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6 kiloqramdan artıq heroin, 8,5 kiloqrama yaxın marixuana, 3,9 kiloqramdan artıq həşiş, 4 kiloqramdan çox tiryək, 2,1 kiloqramdan çox metamfetamin, 288 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Xəbər lenti